Pakistanda qəbilələr arasında qaşıdurma



 14:45 17.05.2023     314

Pakistanın Hayber Paxtunxva əyalətində kömür mədənində iki qəbilə arasında qarşıdurma baş verib.

Demedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma zaman 15 nəfər həyatını itirib. Çox sayda insanın yaralandığı qeyd edilir. Ölkə mətbuatının məlumatına görə, Dera Adem Xel bölgəsində kömür mədəninə “Günəşli Xel” və “Zərqun Xel” tayfalarının hər ikisi iddia edir. Münaqişəyə səbəb hər iki qəbilənin mədənə nəzarət etmək istəməsi olub. Dərhal əraziyə polislər cəlb edilib.

Polis vəziyyətin nəzarət altında olduğunu və məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Polis rəsmiləri qeyd ediblər ki, 2019-cu ildən bəri iki qəbilə arasında kömür mədəni məsələsi ilə bağlı fikir ayrılığı var.

Bahadur Seyidov