Ekvador Prezident Gilermo Lassonun impiçmenti tələbi ilə sessiya keçirir



 15:19 17.05.2023     326

Ekvadorda Milli Assambleya prezident Gilermo Lassonun impiçmenti tələbi ilə sessiya keçirir.

Demedia.az xəbər verir ki, 92 səs əldə olunarsa, konstitusiyaya uyğun olaraq, prezident vəzifəsindən uzaqlaşdırılacaq. Məlumata görə, Lassonun adı korrupsiya ittihamlarında hallandığına görə, müxalifət etimadsızlıq səsverməsinin keçirilməsini tələb edib. Dövlət neft şirkəti ilə tanker şirkəti arasında bağlanmış müqaviləyə dair korrupsiya məsələsində ittiham olunan Lasso parlament tribunasından bu iddialara cavab verəcək. Polis parlamentin ətrafında sıx təhlükəsizlik tədbirləri görüb. Lassonu dəstəkləyənlərlə ona etiraz edənlər arasında təhlükəsizlik səddi qurulub.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi korrupsiyada ittiham olunan Lasso üçün parlamentdə impiçment araşdırmasının aparıla biləcəyinə qərar vermişdi.

Bahadur Seyidov