ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ruslara iş təklif etdi



 15:54 17.05.2023     326

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyada vətəndaşları casusluğa cəlb etmək üçün video yayımlayıb.

Demedia.az xəbər verir ki, videoda Rusiya vətəndaşlarına maraqlı müraciət edilib. Sosial media hesabında yayımlanan videoda deyilir ki, gündəlik həyatları ilə bağlı məlumatları paylaşacaqları təqdirdə vətəndaşlar Rusiyada işə qəbul ediləcək. Mərkəzi Kəşfiyyat İdarəsi rəsmiləri hesab edir ki, ruslar ABŞ-a lazım olan məlumatları verəcək. Rəsmilər amerikalıların ruslara önəm verdiyini qeyd edib. Mərkəzi Kəşfiyyat İdarəsi rəsmiləri bildirib ki, yayımlanan videoda pis məqsəd yoxdur və Rusiya prezidenti Vladimir Putin hədəfə alınmayıb.

Videoda Rusiyanın müxalifətçilərə təzyiqindən və müharibəyə göndərilən yüz minlərlə rusun cəbhədən qaçmasından bəhs edilib. Bildirilib ki, Rusiyadan əldə etdiyi məlumatları verənlərin məlumatları, şəxsiyyətləri məxfi saxlanılacaq və təhlükəsizlikləri təmin ediləcək.

Bahadur Seyidov