İbrahim Tatlısəslə bağlı ŞOK: Atamın yoxluğu...



 18:31 17.05.2023     571

Aktrisa və aparıcı Ayşegül Yıldız (42) özündən 29 yaş böyük İbrahim Tatlısəslə 2011-ci ildə nikah masasına oturub, 2013-cü ildə müqavilə ilə evliliyini bitirib.

Demedia.az xəbər verir ki, ustad sənətçidən Elif Ada (10) adlı bir qızı olan Yıldız 19 yaşında eşq yaşamağa başladığı keçmiş həyat yoldaşı ilə bağlı verilən suala təəccüblü cavab verib.

O, İbrahim Tatlısəslə bağlı təəccüblü açıqlamalar verib:

"İbrahim Tatlısəslə görüşürəm. Axı bizim uşağımız var. İbrahim bəy çox özəl bir insan və Allahın əziz bəndəsidir. O, bir çox qəza və bəlalardan xilas olub. Yaxşı əməlləri sayəsində sağ qalır. Heç kim belə çətinliklərdən sağ çıxa bilməz. İbrahim bəyin həyatında zaman-zaman birisi olur. Mən bunu anlayışla qəbul edirəm, düşünürəm ki, həyatımda kimsə varsa, onlar da başa düşəcəklər. Hazırda həyatımda heç kim yoxdur.

Mən antisosiaal adamam. Bir qızım var, məktəbə gedir. Onunla çox maraqlanıram. Bu vəziyyətdən narazı deyiləm. Ailəm və dostlarımla özümü yaxşı hiss edirəm".

Aysun / Demedia.az