İstirahət mərkəzində İNANILMAZ HADİSƏ: Turistə görün nə etdilər...



 19:29 17.05.2023     558

Dostları ilə tətilə gələn turistin restoranda pala ilə hücuma məruz qaldığı Meksikada, eyni həftə başqa bir kanadalı turist də avtomobilində güllələnərək öldürülmüş vəziyyətdə tapılıb.

Demedia.az xəbər verir ki, dünyanın ən təhlükəli ölkələri siyahısına başçılıq edən Meksikada bir həftədən az müddətdə iki turist məşhur kurortlarda vəhşicəsinə qətlə yetirilib.

Turistlərin ard-arda öldürüldüyü yer ölkənin cənubunda, əksər ştatlara nisbətən cinayət nisbətinin xeyli aşağı olduğu Oaxakadır. Puerto Eskondido sahil qəsəbəsində kanadalı turist avtomobildə güllə yarası alıb.

Yerli media tərəfindən Viktor Masson kimi tanınan 27 yaşlı qurbanın cəsədi bazar ertəsi sörfçülərin məşhur olduğu ərazidə tapılıb. Əməliyyatçılar turistin ölümü ilə bağlı araşdırma başlatsa da, qətlin motivi ilə bağlı heç bir ipucu paylaşılmayıb.

Argentinalı turist Benjamin Qamond mayın 12-də sahilyanı Çakahua bölgəsində qan donduran machete hücumu nəticəsində dünyasını dəyişib. Prokurorluq, keçən həftənin cümə günü bir restoranda hücuma məruz qalan gənc qurbanın faciəvi şəkildə ölməzdən əvvəl ağır xəsarətlərlə Mexiko şəhərində xəstəxanaya yerləşdirildiyini açıqladı. Benjamin Gamond həkimlərin səylərinə baxmayaraq bazar ertəsi xəstəxanada dünyasını dəyişib.

Səlahiyyətlilər, Gamond ilə tətildə olan argentinalı cütlüyü yaralayan bıçaqla hücumçunun qətl şübhəsi ilə həbs edildiyini açıqlayıb. Gamondun qohumu hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edərək, Benjamin'in döyüşərək 'qəhrəman' olaraq öldüyünü bildirib.

Aysun / Demedia.az