Dieqo Luqano Messiyə QARŞI: Hakimlər Argentinaya kömək etdi



 20:02 17.05.2023     563

Dieqo Luqano dünya çempionatında Argentina milli komandasına təyin olunan penaltiləri sərt tənqid edib.

Demedia.az xəbər verir ki, "Fənərbağça"nın sabiq futbolçusu Dieqo Luqano Argentina millisinin dünya çempionatında qalib gəlməsinə hakimlərin kömək etdiyini iddia edib.

Uruqvaylı oyunçu deyib ki, Lionel Messi və yoldaşları üçün verilən 5 penaltidən 4-də fit çalınmalı deyildi.

Luqano FİFA-nı futboldakı yeni qaydalarla bağlı tənqid edib: “Mövcud qaydalar oyun haqqında heç nə başa düşməyən insanlar tərəfindən hazırlanır. Arxaya dönürsən və top barmağına dəyir və penalti alırsan. Bu, heç vaxt futbol oynamamış insanların verəcəyi qərardır və FİFA-nın etdiyi böyük səhvdir".

Aysun / Demedia.az