Polşanın Ukraynaya vermək üçün yetərli qədər F-16-ları yoxdur - Polşa prezidenti



 16:15 17.05.2023     285

Polşanın Ukraynaya vermək üçün yetərli qədər F-16-ları yoxdur.

Demedia.az xəbər verir ki, Polşa prezidenti Andjey Duda belə açıqlama verib. Polşa xəbər agentliyi PAP-ın məlumatına görə, Duda İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının Zirvə toplantısındakı çıxışında Polşanın Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynaya F-16 qırıcı təyyarələri tədarük etmək üçün beynəlxalq koalisiya qurulacağı təqdirdə Polşa ukraynalı pilotlara təlim keçməyə hazırdır. Lakin Polşanın Ukraynaya F-16 təyyarələri verəcək sayda qırıcısı yoxdur.

Qeyd edək ki, Polşa Ukraynaya 8 ədəd MiQ-29 qırıcısı verib.

Bahadur Seyidov