Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 12 milyona çatdı



 16:54 17.05.2023     293

Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 12 milyona çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat verib. Bildirilir ki, Polşaya gələn qaçqınlardan 10 milyonu ölkəni tərk edərək, başqa dövlətlərə keçib. Polşa Sərhəd Mühafizəsi Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana intensiv miqrasiyanın olduğu bildirib. Təkcə son bir gün ərzində Ukraynadan Polşaya 22 min nəfər daxil olub.

Polşanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 80 faizindən çoxu qadın və uşaqlardır.

Bahadur Seyidov