Uşağını öldürdü, görüntülərini anasına göndərdi...



 21:34 17.05.2023     566

Həyat yoldaşından ayrılmağa dözə bilməyən braziliyalı atanın hərəkəti ölkədə hiddətə səbəb olub.

Demedia.az xəbər verir ki, sözügedən hadisənin təfərrüatları qan dondurub.

Bir müddətdir şiddət xəbərlərinin artdığı Braziliya yenə dəhşətə gəlib. Yerli mətbuatın yazdığına görə, ata kiçik qızını vəhşicəsinə qətlə yetirib və hadisənin təfərrüatları dünya mediasında yayılıb.

Ötən cümə günü Nadiro da Silva de Souza qızı ilə gəzintiyə çıxıb. Bir müddət onlardan xəbər tutmaq mümkün olmayıb. Düz bir gün sonra ərazidəki Paranapanema çayının sahilində atılmış uşaq meyiti tapılıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada kiçik qızın əlləri bağlı halda ölü tapıldığı və ilk təsbitlərə görə asıldığı ehtimalının olduğu bildirilib. Nadironun itkin düşdüyü və hər yerdə axtarıldığı bildirilib.

Aysun / Demedia.az