ABŞ-da qanunsuz mühacirlərlə mübarizə tədbirləri artırılır



 16:08 17.05.2023     271

Florida qubernatoru Ron Desantis Texas sərhədinə mindən çox asayiş keşikçisinin göndəriləcəyini açıqlayıb.

Demedi.az xəbər verir ki, o bildirib ki, qeyri-qanuni mühacirlərin deportasiyasını asanlaşdıran “42-ci maddə”nin tətbiqinin ləğvindən sonra təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər həyata keçirmək vacibdir. Florida qubernatoru yazılı açıqlamasında qeyd edib ki, qanunsuz mühacirlərlə mübarizə və təhlükəsizliyi təmin etmək üçün 800 Milli Mühafizəçi, 200 asayiş keşikçisi və 101 əyalət polisi Texas sərhədinə göndərilir.

Açıqlamada sərhədə əsgərlərdən əlavə 5 təyyarə, 17 pilotsuz uçuş aparatı, 2 mobil komandanlıq maşını və 10 katerin göndəriləcəyi bildirilib.

Bahadur Seyidov