Somalidə sel 200 mindən çox insana ziyan vurdu



 17:15 17.05.2023     311

Somalidə leysan yağışlar səbəbiylə 219 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat verib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin məlumatına görə, Somalinin mərkəzi bölgəsində baş verən daşqınlar minlərlə insanın həyatına mənfi təsir göstərib. Açıqlamada Beledveyne şəhərində leysan yağışlar səbəbiylə 219 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.

Açıqlamaya görə, daşqınlardan 460 min insan zərər çəkib, suyun səviyyəsinin qalxması səbəbindən regional xəstəxana və hökumət binaları ilə yanaşı, bir çox mühüm yerlərə ziyan dəyib. Somali Fəlakət İdarəsi Agentliyi seldə 3-ü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyini bildirib.

Bahadur Seyidov