Sərxoş sürücü aləmi bir-birinə qatdı - VİDEO



 23:09 17.05.2023     651

Türkiyədə axşam saatlarında xoşagəlməz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Beylikdüzündə sərxoş olduğu iddia edilən bir adam ortalığı qarışdırıb.

Ətrafdakı maşınlara çırpılan sürücü vətəndaşlar tərəfindən saxlanmaq istəyərkən bir nəfəri də əzib. Çətinliklə saxlanılan şəxs yerli sakinlər tərəfindən linç edilib.

Hadisə ötən günlərdə Beylikdüzü Adnan Kahveci Məhəlləsində baş verib. İddialara görə, sərxoş olduğu deyilən sürücü küçədə dayanan avtomobillərə çırpılıb. Vəziyyəti görən vətəndaşlar spirtli şəxsə mane olmağa çalışıblar. Vətəndaşların reaksiyasından qorxan şəxs hadisə yerindən qaçmaq istəyərkən avtomobili ilə bir nəfəri əzib.

Qısa müddətdən sonra yaxalanan sürücü yerlilər tərəfindən linç olunmaq istəsə də, polis qrupları müdaxilə edib. Çətinliklə xilas edilən sürücü nəzarətə alınarkən, sağlamlıq qrupları yaralı vətəndaşa müdaxilə edib.Həmin anlar mobil telefon kameralarına saniyə saniyə əks olunub.

Aysun / Demedia.az