Finlandiyanın Moskvadakı səfirliyinin bank hesabları donduruldu



 14:31 18.05.2023     382

Finlandiyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş konsulluğunun bank hesabları dondurulub.

Demedia.az xəbər verir ki, bu barədə Finlandiyada nəşr olunan “Helsingin Sanomat” qəzeti məlumat verib. Qəzetin xəbərinə görə, Rusiya Finlandiyanın bu ölkədəki səfirliyinin və baş konsulluğunun bank hesablarını dondurub.

Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qəzetə açıqlamasında sözügedən hesablara daxil olmağın mümkün olmadığını təsdiqləyib. Nazirlikdən məsələnin araşdırıldığını bildiriblər. Qəzetin xəbərinə görə, Finlandiya məsələ ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.

Bahadur Seyidov