Pakistan kripto pul xidmətlərini qadağan etdi



 15:22 18.05.2023     492

Pakistanın maliyyə nazirinin müavini Ayşe Qus Paşa qeyri-qanuni rəqəmsal pul köçürmələrinin qarşısını almaq üçün internetdə mövcud olan kripto pul xidmətlərinin qadağan ediləcəyini bildirib.

Demedia.az xəbər verir ki, Paşa Senatın Daimi Maliyyə Komitəsinin iclasındakı çıxışında bildirib ki, Pakistan Mərkəzi Bankı və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutaların qadağan edilməsi üzərində çalışır. Onun sözlərinə görə, İslamabad heç vaxt kriptovalyutaları leqallaşdırmayacaq. Mərkəzi Bankın direktoru Sohail Cavad da kripto pulların virtual pul vahidi olduğunu və bu günə qədər onun 16 min növünün yaradıldığını bildirib.

Qeyd edək ki, Pakistan Mərkəzi Bankı 2018-ci ildə kriptovalyuta ticarəti və mədənçiliyini qadağan edib. Lakin bu qadağaya baxmayaraq, kriptovalyutalara tələbat artmaqda davam edirdi.

Bahadur Seyidov