ABŞ əsgərləri PKK/YPG terrorçularına təlim keçdi



 16:03 18.05.2023     289

ABŞ əsgərləri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində PKK/YPG terrorçularına tanklardan istifadə etmək üçün təlim keçib.

Demedia.az xəbər verir ki, təlim ABŞ qüvvələrinin yerləşdiyi ərazidə keçirilib. Təlimin hansı ölkəyə  məxsus tanklarda keçirildiyi məlum deyildi. Onlarla PKK/YPG terrorçusu ABŞ əsgərlərindən tank təlimindən başqa, ABŞ istehsalı olan “TOW” tank əleyhinə silahlardan istifadəni öyrənib. Terrorçuların digər təlimi isə artilleriya atəşi və minaatanlarla bağlı olub.

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2015-ci ildən bəri minlərlə YPG/PKK terrorçusuna silahlı təlim verib.

Bahadur Seyidov