Afrika ölkələrinin həll təklifi Rusiyaya rəsmən təqdim edilməyib - Lavrov



 16:22 18.05.2023     301

6 Afrika ölkəsinin liderlərinin Ukrayna ilə bağlı hazırladığı həll təklifi Rusiyaya rəsmən təqdim edilməyib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Lavrov Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın elan etdiyi sülh missiyasından danışarkən bildirib ki, bununla bağlı Rusiyaya hansısa sənəd təqdim edilməyib. 

"Latın Amerikalı və Afrikalı dostlarımızın etdiyi müraciətə cavab verdik və dünya nizamının sabitləşməsinə yönəlmiş səmimi təklifləri qiymətləndirməyə hazır olduğumuzu bildirdik. Lakin Çinli qonşularımızdan gələn təklifin əksinə olaraq, braziliyalı və afrikalı dostlarımızın təklifi hələlik bizə təqdim edilməyib. Latın Amerikası və Afrika tərəfdaşlarımız öz təkliflərini təqdim etmək istəyərsə Moskva təmas qurmağa hazırdır ” – Lavrov deyib.

Bahadur Seyidov