ABŞ-ın Montana ştatında tiktokdan istifadə qadağan edildi



 16:43 18.05.2023     316

ABŞ-ın Montana ştatında tiktok tətbiqindən istifadə qadağan edilib.

Demedia.az xəbər verir ki, bununla da Montana ABŞ-da tiktoku qadağan edən ilk ştat olub. Əyalət qubernatoru Greg Gianforte bununla bağlı açıqlama verib. O açıqlamasında “Montanasın şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün Montanada tiktoku qadağan etdim. Çin Kommunist Partiyası tiktokdan amerikalılara casusluq etmək və onların şəxsi məlumatlarını toplamaq üçün istifadə edir” – deyə bildirib.

Tiktokun sözçüsü Brooke Obervetter qərarı "qanunsuz" adlandırıb. "Montanada və ondan kənarda istifadəçilərimizin hüquqlarını müdafiə etməyə davam etdiyimiz üçün Montanalıları əmin etmək istəyirik ki, onlar tiktokdan özlərini ifadə etmək üçün istifadə etməyə davam edə bilərlər” - Brooke Obervetter bildirib.

Bahadur Seyidov