Pxenyana xəbərdarlıq - Cəsus peykini buraxmayın



 17:20 18.05.2023     308

Şimali Koreya ordusu cəsus peykini orbitə buraxarsa, Cənubi Koreya buna sərt cavab verəcək.

Demedia.az xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soo-suk belə deyib. O bildirib ki, Şimali Koreyanın regionda gərginliyi artıracaq bu addımı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Onun sözlərinə görə, Cənubi Koreya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək Şimali Koreyanın təxribatlarına sərt cavab verəcək. Sözçü, peykin orbitə buraxılmasının regional sülh və təhlükəsizliyi açıq şəkildə təhdid edən qanunsuz davranış olduğunu vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In dünən ölkənin ilk hərbi casus peykinin yerləşdiyi obyektdə yoxlama aparıb. Peykin orbitə buraxılması üçün işlərin tamamlandığı bildirilib.

Bahadur Seyidov