“Suriyanın birliyə qayıtması bütün üzv ölkələrin Suriya ilə əlaqələri bərpa edəcəyi anlamına gəlmir”



 17:42 18.05.2023     327

“Suriyanın birliyə qayıtması bütün üzv ölkələrin Suriya ilə əlaqələri bərpa edəcəyi anlamına gəlmir”.

Demedia.az xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt belə deyib. O bildirib ki, Suriyanın Ərəb Liqasına dönüşü ərəblərin Suriyadakı böhrana həll yolu tapma prosesini asanlaşdırmaq səyləridir. Ərəb Liqası ölkələrinin Suriya ilə əlaqələri ilə bağlı danışan Əbu Qaytın sözlərinə görə, hər bir ölkə öz maraqlarına uyğun qərar verəcək.

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasındakı qarşıdurmalarla bağlı danışan Əbu Qayt bildirib ki, Sudandakı bütün tərəflər dövlət qurumlarına hörmət etməlidir. “Sudan ordusundan başqa ölkədə başqa silahlı qruplaşma olmamalıdır” deyən Əbu Qayt bəyan edib ki, Ərəb Liqası bir tərəfi digərinə qarşı dəstəkləmir.

Bahadur Seyidov