Fanatik yəhudilər Əl-Əqsa məscidinə basqın etdi
İsrail qüvvələrinin himayəsi altında 900-dən çox fanatik yəhudi işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.
Demedia.az Trthaber-ə istinadən xəbər verir ki, aralarında Likud Partiyasının keçmiş müavini ekstremist ravvin Yehuda Qlik də daxil olmaqla fanatik yəhudilər qruplar halında Əl-Əqsa məscidinin həyətinə daxil olublar. Məlumata görə, basqınlar İsrailin 1967-ci ildə Şərqi Qüdsü işğal etməsi münasibətilə hər il təxribat xarakterli təşkil edilən “bayraq yürüşü” çərçivəsində həyata keçirilib.
Fələstinli qruplar fanatik yəhudilərin hücumları səbəbilə “bayraq yürüşü”nün ləğv edilməsini istəyir.
Bahadur Seyidov