Məşhur aparıcının qızına şok evlilik təklifi: 40 dəvə və...



 19:29 18.05.2023     676

Kanal D-nin fenomen yarışma proqramının aparıcısı Nursel Erginin qızı Bengü Çınarın Mərakeş tətili zamanı inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Əhməd Yasin Zəkəriyyə adlı iş adamı ona evlilik təklifi edib.

Aparıcı Nursel Ergin bir müddət əvvəl 25 yaşlı qızı Bengü Çınarla Mərakeşə istirahətə yollanıb. Onlar Mərakeşin məşhur Ağafay səhrasında safaridə olarkən turu təşkil edən şirkətin sahibi məşhur aparıcının qızı Bengüyə evlilik təklifi edib.

Əhməd Yasin Zəkəriyyə adlı iş adamının Bengü ilə evlənəcəyi təqdirdə Nursel Erginə ölkənin adət-ənənələrinə uyğun olaraq 40 dəvə hədiyyə edəcəyinə söz verdiyi öyrənilib. Üstəlik, Bengüyə hovuzlu villa alacağına söz verən iş adamının bu təklifi də uğursuz alınıb.

Mövzu ilə bağlı açıqlama verən Nursel Ergin: "Əvvəlcə baş verənləri zarafat kimi düşündük. Amma bəy çox ciddi çıxdı. Qızım qəbul etsəydi, beş gün ərzində toy hazırlıqlarına başlanacaqdı".

Aysun / Demedia.az