Uçan kreslo: Görənlər şoka düşdü



 22:05 18.05.2023     619

Fırtınanın təsiri ilə havaya qalxan oturacaq 2531-ci küçədə yerləşən binanın bağçasına düşüb.

Demedia.az xəbər verir ki, hadisə Türkiyədə yaşanıb.

Həmin anları mobil telefonunun kamerasına çəkən Onur Qalmaz baş verənləri belə çatdırıb:

“Dünən məlum tufan səbəbindən güclü külək və yağışlı vəziyyət yaranıb. Ətrafdakı bütün mebellər, eyvanlardakı stullar havada uçmağa başladı. Bu arada avtomobilimi yoxlamaq üçün bayıra baxanda müəyyən bir görüntü ilə rastlaşdım. Telefonum əlimdə idi, dərhal kameranı açıb videonu çəkdim. Oturacaq küləyin təsiri ilə düz üstümə gəlməyə başladı. Allaha şükürlər olsun ki, binanın üstünə düşmədi, yan tərəfdən binanın bağçasına tərəf düşdü. Heç kimə zərər verməyib. Oturacağın özü də xarab olmayıb, hörmə oturacaqdır. Bunun animasiya olduğunu düşünənlər də var, qətiyyən belə bir şey yoxdur, ona görə də sizin binadan çəkmişəm”.

Aysun / Demedia.az