Dənizdə yaranıb, vətəndaşlar narahatdır... - VİDEO



 22:36 18.05.2023     643

Antalyanın Manavgat rayonunda dənizdə görünən və dalğalarla birlikdə yayılan sarı görüntü turistləri və vətəndaşları narahat edib.

Demedia.az xəbər verir ki, çimərliyə çatan və sahildə sarı iz buraxan görüntünün səbəbinin mövsümi təbiət hadisəsi olan çiçək tozcuqları olduğu ortaya çıxıb.

Evrenseki Beachpark çimərliyində 5 ulduzlu otellərin yerləşdiyi ərazidə dənizdə görünən sarı maddə turistləri və vətəndaşları təşvişə salıb. Evrenseki çayının dənizə töküldüyü, balıqçıların sığınacağı yerin yaxınlığında görünən, daha sonra insan dalğalarının dənizə girdiyi sahilə yayılan sarı maddənin nə olduğu maraq doğurub.

Əvvəlcə blok kimi görünən sarı maddənin sahildə yayılaraq irəlilədiyi, dalğalarla birlikdə sahildə sarı bir iz buraxdığı müşahidə edilib.

Yaranan görüntünün mövsümi keçid dövründə tozcuqların yaratdığı zərərsiz bir təbiət hadisəsi olduğu anlaşılıb.

Aysun / Demedia.az