Polşanın nüfuzlu saytları haker hücumuna məruz qaldı



 11:45 19.05.2023     318

Polşanın ən çox satılan qəzetləri, həftəlik jurnalları və xəbər saytları haker hücumuna məruz qalıb.

Demedia.az xəbər verir ki, ölkənin ən çox satılan qəzetləri olan “Super Express”, “Gazeta Wyborcza” və “Rzeczospolita”, həmçinin həftəlik ən çox satılan xəbər jurnalı “Polityka”, “wPolityce” və “Niezalezna” xəbər saytı haker hücumuna məruz qalıb. “Polityce”in açıqlamasına görə, haker hücumları hələ də davam edir. Polşanın Rəqəmsal İşlər Nazirliyinin məlumatına görə, hücumun arxasında rus haker qrupları dayanır.“Gazeta Wyborcza” saytın işində problem olduğunu açıqlayıb və izləyicilərdən üzr istəyib.

Qeyd edək ki, hücuma məruz qalan saytların bəziləri müxalifəti bəziləri isə hakim dairələri dəstəkləyir.

Bahadur Seyidov