Şimali Koreya Çinlə əməkdaşlığı daha da sıxlaşdırır



 11:58 19.05.2023     299

Şimali Koreyanın baş naziri Kim Tok-hun Çinin Pxenyandakı yeni səfiri ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Yonhap məlumat verib. Bildirilib ki, görüş səmimi və mehriban atmosferdə keçib. Çinin Pxenyandakı səfirliyinin sosial media hesabında yayımlanan açıqlamada qeyd edilib ki, baş nazir Kim beynəlxalq siyasətdəki dəyişikliklərdən asılı olmayaraq Şimali Koreyanın Çinlə dostluq əlaqələrini daha da gücləndirəcəyinə söz verib. Pxenyan və Pekin liderlərinin koronavirus problemlərinə baxmayaraq strateji əlaqə saxladıqlarını ifadə edən Vanq, iki ölkənin əlaqələrini gücləndirəcəklərini və bir çox sahədə sıx əməkdaşlıq edəcəklərini bildirib.

Qeyd edək ki, Vanq bundan əvvəl Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui ilə görüşüb.

Bahadur Seyidov