Senatorlar “Yeni START” müqaviləsinə alternativ qanun layihəsi hazırlayıblar



 12:18 19.05.2023     297

ABŞ-da respublikaçı senatorlar Rusiya ilə imzalanmış “Yeni START” müqaviləsinə alternativ qanun layihəsi hazırlayıblar.

Demedia.az xəbər verir ki, Arkanzas senatoru Tom Kotton Rusiyanı “Yeni START” razılaşmasını pozmaqda ittiham edərək, bu mövzuda yeni qanun layihəsi hazırladığını açıqlayıb.Senator Kotton Rusiyanın ABŞ ilə imzalanmış nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan müqavilənin şərtlərinə əməl etmədiyini iddia edərək, ABŞ-ın geri çəkilməsini müdafiə edən “No START Agreement” aktını təqdim edib.

Məlumata görə, Kotton və daha 9 respublikaçı senator tərəfindən dəstəklənən qanun layihəsi gələcəkdəki silahlara nəzarətlə bağlı danışıqlara məhdudiyyətlərin tətbiqini əks etdirir. Sənəd həmçinin ABŞ-ın nüvə qüvvələrininin gücləndirməsi barədə məsələləri əhatə edir.

Bahadur Seyidov