Qətər Əl-Əqsa məscidinə basqın edilməsini qınadı



 11:25 19.05.2023     319

Qətər təxribat xarakterli "bayraq paradı" çərçivəsində İsrailin hökumət rəsmilərinin, millət vəkillərinin və fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqın etməsini qınayıb.

Demedia.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin yazılı bəyanatında deyilir: “Qətər israilli nazir, millət vəkillərinin və fanatik yəhudilərin qondarma bayraq yürüşü çərçivəsində Mübarək Məscidül-Əqsanın həyətinə basqın etməsini ən sərt şəkildə qınayır”. Açıqlamada deyilir ki, beynəlxalq legitimlik qərarlarında da yer alan Qüdsün hüquqi və tarixi statusu açıq şəkildə pozulub. Qətər İsrail hökumətinə işğal etdiyi Fələstin torpaqlarında gərginliyi artırmamaq barədə xəbərdarlıq edilib.

Bəyanatda Məscidül-Əqsanın dini və tarixi statusunun pozulması cəhdlərinin təkcə fələstinlilərə deyil, milyonlarla müsəlmana qarşı hücum olduğu vurğulanıb.

Bahadur Seyidov