İspaniyada meşə yanğınları fəsadlara səbəb oldu



 16:04 19.05.2023     302

İspaniyanın qərbindəki Las Hurdes və Sierra de Qata dağlıq bölgələrində iki gündür davam edən meşə yanğınları səbəbindən 700-dən çox insanın təxliyə edilib.

Demedia.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, meşə yanğını 2 min 500 hektar ərazini əhatə edib. Hələlik nəzarət altına alına bilməyən yanğın yaxınlıqdakı 3 yaşayış məntəqəsini təhdid edir. Yanğınsöndürmə işlərinə 165-i əsgər, 265-i yanğınsöndürən olmaqla 500-ə yaxın canlı qüvvə və 14 təyyarə, helikopter cəlb edilib. İsti hava və küləyin təsiri ilə alov ərazisini genişləndirir.

Qeyd edək ki, bu il İspaniyada meşə yanğınları 40 min hektardan çox ərazini kül edib.

Bahadur Seyidov