Rusiya qlobal silah və hərbi texnika bazarının liderlərindən biridir - Putin



 16:24 19.05.2023     300

“Rusiya inamla qlobal silah və hərbi texnika bazarının liderlərindən biri olmaqda davam edir”.

Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Xarici ölkələrlə Hərbi-Texniki Əməkdaşlıq üzrə Dövlət İdarəetmə Sisteminin 70 illik yubileyi münasibətilə müəssisə və veteranları təbrik edib. O yayımladığı təbrik mesajında bildirib ki, Rusiyanın müdafiə sənayesi müəssisələrinin işçilərinin səriştəsi və peşəkarlığı Rusiyanın qlobal liderlər sırasında statusunu inamla qoruyub saxlayır.

Qeyd edək ki, Qərbin sanksiyalarından sonra Rusiya müdafiə sənayesində bir sıra çətinliklərlə üzləşib.

Bahadur Seyidov