Qətərdən taxıl sazişi ilə bağlı açıqlama



 16:42 19.05.2023     293

Qətər Türkiyə və Birləşmiş Millətlər Təşkilatının taxıl sazişinin müddətinin 2 ay uzatmaq səylərini yüksək qiymətləndirib.

Demedia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Qara dənizdən taxıl daşınmasına dair razılaşmanın uzadılması Qətər tərəfindən alqışlanır. Açıqlamada deyilir ki, sazişin uzadılması ərzaq böhranı ilə üzləşən ölkələr üçün mühüm hadisədir.

“Biz Qətərin Rusiya-Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün beynəlxalq səylərə dəstəyini bir daha təsdiqləyirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin iki ay uzadıldığını açıqlayıb. Rusiya da bunu təsdiq edib.

Bahadur Seyidov