Şoyqu Ukraynaya getdi



 16:52 19.05.2023     336

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Zaporojye istiqamətində “Vostok” hərbi qruplaşmalarından birinin komandanlıq məntəqəsində təftiş keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Şoyqu növbəti dəfə xüsusi hərbi əməliyyatlar bölgəsinə gedib və qoşunların vəziyyətini yoxlayıb. Komandanlıqdan Şoyquya mövcud vəziyyət, düşmənin hərəkətlərinin xarakteri və Rusiya ordusu tərəfindən əsas taktiki istiqamətlərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məlumat verilib.

Qrup komandiri ilə görüşündə Şoyqu Rusiya ordusunun düşmənin hərbi texnikası və şəxsi heyətinin aşkarlanması və məhv edilməsində çox effektiv olduğunu diqqətə çatdırıb və düşmənin planlarını əvvəlcədən aşkar edib qarşısının alınması üçün geniş kəşfiyyat işləri aparmağı tapşırıb.

Bahadur Seyidov