“İnstagram” istifadəçiləri artıq GIF-lə şərh yaza biləcək - Yenilik



 21:03 19.05.2023     626

İndi "Instagram"da GIF-lərlə yazılara cavab verə bilərsiniz.

Demedia.az xəbər verir ki, şirkətin rəhbəri Adam Mosseri, Meta CEO-su Mark Zuckerberg ilə "Instagram"da söhbətində bu xüsusiyyətin nəhayət əlavə ediləcəyini açıqlayıb və şərhlərdə "GIF"lərin istifadəsinə başlandığını deyib.

Tezliklə hər kəs üçün aktiv olacaq bu funksiya, təsəvvür etdiyiniz kimi, "Giphy"dən GIF ilə bir yazıya və ya altında yazılanlara şərh verməyə imkan verəcək.

Mosseri Instagramın "Reels"də mahnı sözlərini sınaqdan keçirdiyini də söyləyib. Deyəsən, bu xüsusiyyət Metanın 2021-ci ildə təqdim etdiyi avtomatik başlıq etiketinin üstündə qurulacaq.

Aysun / Demedia.az