Türkiyədə növbəti ZƏLZƏLƏ - Professor bu tarixi göstərdi...



 22:05 19.05.2023     653

Türkiyədə Malatyanın Akçadağ rayonunda saat 11:23-də Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.

Demedia.az xəbər verir ki, professor Naci Görür sosial media hesabından diqqətçəkən xəbərdarlıq edib.

AFAD-dan alınan məlumata görə, saat 11:23-də episentri Akçadağ rayonu olan 4,1 bal gücündə zəlzələ baş verib. 12,56 kilometr dərinlikdə qeydə alınan zəlzələ qısa müddətli təşviş yaradıb. İlk təsbitlərə görə, zəlzələdə heç bir mənfi hadisə baş verməyib.

Naci Görür sosial media hesabından paylaşım edərək bu xəbərdarlığı edib:

“Kəpəz-Akçadağda 4.0 bal gücündə zəlzələ oldu. Bu zəlzələ 6 fevral zəlzələləri zamanı vurğulandığından şübhələndiyimiz Malatya Fay zonası daxilindədir".

Aysun / Demedia.az