İki ailə arasında dava - Yaralılar var



 23:09 19.05.2023     505

Türkiyənin Mardin bölgəsində iki düşmən ailənin üzvləri arasında dava düşüb.

Demedia.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Dava mobil telefon kamerası ilə lentə alınıb. Hadisə saat 14.30 radələrində Artuklu rayonu 1-ci küçədə baş verib. İki düşmən ailə üzvü arasında yaranan mübahisə qısa müddətdə daş, dəyənək və silahla davaya çevrilib. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilərkən, polis hadisəyə qarışanların tutulması üçün işlərə başlayıb.

Bu əsnada döyüş və polisin təqibi insanlar tərəfindən cib telefonlarına çəkilib.

Aysun / Demedia.az