Görənlər gözlərinə inanmır, ağaclarda tabut... - VİDEO



 23:48 19.05.2023     518

Türkiyədəki bu hadisə görənləri şoka salıb.

Demedia.az xəbər verir ki, Sivasın Şarkışla mahalına 11 kilometr aralıda yerləşən Kızılcakışla kəndində Bilal Esen və böyük qardaşı Zeki Esenin yaratdığı istirahət zonası təkcə gözəlliyi ilə deyil, həm də ağac budaqlarından asılan tabutu ilə diqqət çəkir. 

Piknik sahəsinə gedən vətəndaşlar təbiətin gözəlliyi ilə dincələrkən, ağacların budaqlarından asılmış tabutu görəndə də təəccüblənirlər. Tabutla yanaşı, tabutun da oraya qoyulma səbəbi diqqət çəkir. Esen qardaşlar tabutu ölümü xatırlatmaq, ölümü unutmamaq üçün ağacların başına qoyduqlarını bildiriblər.

Aysun / Demedia.az