Hər gün sarıkök yesək, 30 günə orqanizmdə nə baş verər? 



 11:01 22.05.2023     1150

Sarıkök haqda nə düşünürsünüz? Bu sarı ədviyyatın orqanizmə faydası çoxdur

.12. Dişləriniz bəyazlaşar. Hindistanın Pəncab Universitetindəki araşdırmaçıların 2013-cü ildə apardığı tədqiqatda ədviyyatın dişlərinizi bəyazlaşdıra biləcəyi sübut olunub. Elmi adı curcuma, yəni, kurkuma olan sarıkök  iltihab əleyhinə, antioksidant, mikrob əleyhinə və antiseptik xüsusiyyətləri ilə əsrlərdir  ki, ənənəvi  hind tibbində istifadə edilməkdədir.  Diş fırçanızı, əvvəlcə, günəbaxan və ya zeytun yağına,  sonra sarıkökə batırın. Dişlərinizi 3 dəqiqə fırçalayın. Proseduru həftədə 2-3 dəfə təkrarlayın.  1 ay içində möhtəşəm nəticəni görəcəksiniz. 

11. Sızanaqlar yox olur.  Qədimdən bəri, sarıkök dəri problemlərinin müalicəsində istifadə edilib. Müasir elm də bu üsulu dəstəkləyir. Kaliforniya Universitetindəki dermatoloqlar 2016-cı ildə bir araşdırma aparıb.  Həmin dermatoloqlar müxtəlif dəri problemləri və onların müalicəsi ilə bağlı 234 məqaləni analiz ediblər. 18 hadisədən 10-da sarıkökün sızanaqlara qarşı effektiv olduğu aşkarlanıb. Sızanaqların yaranmasının əsas səbəbi “Propionibacterium acnes” bakteriyalarının çoxalmasıdır. Zamanla bu bakteriyalarda  antibiotiklərə qarşı müqavimət  yaranır.  Sarıkök məhz bu məqamda təbii alternativ kimi çıxış edir.  1 xörək qaşığı aloe vera jeli ilə  ¼ xörək qaşığı sarıkökü qarışdırın.  Qarışımı 10-15 dəq boyunca  xəsarətli nahiyəyə sürtün və ovuşdurun. Sonra üzünüzü ilıq su ilə yuyun.  1 aydan sonra dərinizi parlaq və təmiz şəkildə görmək istəyirsinizsə, proseduru həftədə 3 dəfə təkrarlayın.

10. Saçlarınız sürətlə uzayar və qalınlaşar.  Qaç-qov həyatımızda saçlarımızın tökülmə səbəbi çoxdur. Məsələn:
a) stress; 
b) qeyri-düzgün qidalanma; 
c) hormonal balansın pozulması; 

Cənubi Koreya Biospektrum Yaşam İnstitutu (The BioSpectrum Life Science Institute) tərəfindən aparılan bir araşdırmada  sarıkökün saçların kökünü möhkəmləndirməsi, beləcə, saç tökülməsinin qarşısını alması aşkar edilib. Qidalandırıcı saç maskasının hazırlanması: 1 xörək qaşığı sarıkökü 3 xörək qaşığı bitki yağı ilə qarışdırın. Qarışımı 30 dəq boyunca saç köklərinizə sürtün. Sonra  başınızı yuyun. Proseduru ayda 1-3 dəfə təkrarlayın. 

9. İmmuniteti möhkəmləndirir.  Sarıkök T hüceyrələri, B hüceyrələri, makrofaqlar, neytrofillər  kimi önəmli immun hüceyrələrini hərəkətə keçirir, bununla da, immuniteti möhkəmləndirir. Ohayo  Universitetindəki (Ohio State University)  mütəxəssislərə görə, sarıkökün ədviyyat kimi qəbulu ondan faydalanmağın “ən yaxşı üsulu” deyil.  İdeal üsul belədir: 1 stəkan götürün. Onun  1/3-ni sarıkök ilə doldurun, sonra stəkan dolanadək su əlavə edin. Stəkanı  qaynar su  ilə dolu qazana qoyun və ocağın üstündə 10 dəq saxlayın. Sonra sterlizə edilmiş şüşə qaba tökün, ağzını bağlayın, soyuducuya qoyun. 1, yaxud 2 çay qaşığı bu qarışımdan götürün, 1 stəkan ilıq südə qatın. Bir az da bal əlavə edin, için. Sarıkökün tərkibindəki bütün faydalı maddələr çox asanlıqla qana qarışacaq və toxumalara göndəriləcək.  Bu qarışımı gündə 1 dəfə immunitetinizi möhkəmləndirmək üçün için. Əgər xəstəsinizsə, 3-4 saatdan bir içə bilərsiniz. 
    8. Boğaz ağrılarını aradan qaldırır. Hindistanın Pəncab Universitetindəki elm adamları sarıkökün bakteriyaların çoxalmasının, parazitlərin böyüməsinin qarşısını aldığını, boğazda iltihabı azaltdığını müəyyən ediblər. Sarıkök buna,  mikrob əleyhinə  çıxış etməsi ilə nail olur. 1 stəkan isti suya yarım çay qaşığı sarıkök, yarım çay qaşığı duz əlavə edin.  Gündə 3 dəfə bu qarışımdan hazırlayın və boğazınızı qarqara edin. Proseduru sağalanadək davam etdirin. 
    7. Soyuqdəyməni yox edir. Antibiotik və iltihab əleyhinə xüsusiyyətləri sayəsində sarıkök soyuqdəymə zamanı möhtəşəm müalicəvi vasitəyə çevrilir. Yarım çay qaşığı sarıkökü 1 stəkan kətan toxumu yağına qatın. Gündə 2 dəfə, hər dəfə 1-2 dəfə burnunuza çəkəcək aroma əmələ gələnədək stəkanı isti su vannasında saxlayın. Bu vitamin əlavəsi dərhal soyuqdəymə ilə mübarizəyə başlayır, bakteriya və virusların çoxalmasına imkan vermir. 
    6. Dəridəki çatlaqları və yaraları sağaldır. 2007-ci ildə ABŞ-dakı Hərbi Tibb Universitetinin  (Uniformed Services University of the Health Sciences)  mütəxəssisləri bir açıqlama yaydı. Bildirdilər ki, sarıkökü dəridəki sərtləşmələrin,  pullu dəmrovun, hətta dəri xərçənginin belə, müalicəsində istifadə etmək olar.  Bəli, hind ənənəvi tibbinin ayrılmaz hissəsi olan sarıkök sərbəst radikalların aktiv hərəkət etməsini və çoxalmasını əngəlləyir, yaralarda iltihablanma olmasının qarşısını alır və onları sürətlə sağaldır. Yarım çay qaşığı sarıkök ilə yarım çay qaşığı zəncəfili az miqdarda suda qarışdırın. Əldə olunan qarışımı xəsarət almış nahiyəyə çəkin. Gündə 1 dəfə bu üsulu tətbiq edin. Qısa müddətdə müsbət yöndəki dəyişikliyin fərqinə  varacaqsınız. 
    5. Oynaq ağrılarınız azalır. 2016-cı ildə Dr. Kok-Yonq Çin (Kok-Yong Chin) Malayziya Milli Universitetinin  (Universiti Kebangsaan Malaysia)  farmakologiya bölümündə kurkumin maddəsinin oynaq iltihabına təsirlərini öyrənmək məqsədilə bir araşdırma başlatdı.  Tədqiqat obyekti kimi, müşahidə edilən oynaq xəstələrinə kurkuminoid və sıxlaşdırılmış kurkumin verildi.  Araşdırmanın sonunda aydın oldu ki, xəstələrin ağrısı azalıb, özlərini daha yaxşı hiss edirlər və həyat keyfiyyətləri yüksəlib.  Bu araşdırma onu da sübut etdi ki, kurkumin oynaq xəstəliklərinin əmələ gəlməsinin qarşısını ala bilər. 1 xörək qaşığı sarıkökü, 1 xörək qaşığı balı və 2-3 diş əzilmiş sarımsağı qarışdırın.  2 həftə ərzində, gündə 15-20 dəq bu qarışımı oynaqlara sürtün. 
    4. Əhval-ruhiyyəni yüksəldir, beynin fəaliyyətini yaxşılaşdırır. Kaliforniya Universitetindəki araşdırmaçılar  yaşları 51 ilə 84 arasında olan 40  insan üzərində müşahidə aparıb. Onlara gündə 2 dəfə kurkumin verilib. Yaddaş testi vasitəsilə onların beyin funksiyalarını öyrənməyə başladılar. Araşdırmanın sonunda nəzərə çarpacaq dərəcədə irəliləmə olduğunu gördülər. Beləcə, sarıkökün alzeymer, parkinson və insult kimi xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün isifadə edilə biləcəyini də sübut  etdilər.  Əlbəttə ki, xəstəliklərin qarşısını almaq müalicə etməkdən yaxşıdır. 1 stəkan suya yarım çay qaşığı sarıkökü, yarım çay qaşığı qara istiotu tökün, qarışdırın. Üstünə də, 1 dilim limon atıb, için. Çox keçmədən müsbət təsirini görəcəksiniz. Amma mədə probleminiz varsa, qarışımı içməzdən əvvəl həkiminizlə məsləhətləşin. 
    3. Xərçəngin əmələ gəlməsinə mane olur. Baxmayaraq ki, bu ölümcül xəstəliyi tam olaraq, yox edən müalicə üsulu kəşf edilməyib,  yenə də, sarıkökün pankreas xərçənginə müalicəvi təsirini danmaq olmaz.  Sarıkökün xərçəng əleyhinə olması ilə bağlı araşdırmalardan biri 2016-cı ildə İtaliyadakı Milli Xərçəng İnstitutunda ( İstituto Nazionale dei Tumori) aparılıb.  Məlum olub ki, sarıkök sinirləri qoruyur, iltihablanmaya və xərçəngin əmələ gəlməsinə mane olur. ¼ çay qaşığı sarıkökü, ½ xörək qaşığı zeytun yağını  və bir çimdik qara istiotu qarışdırın. Bu qarışımı şorbalarınıza və salatlarınıza əlavə edin. 
    2. Dəriniz təravətlənəcək. 2014-ci ildə Dehli Universitetinin zoologiya bölümündəki elm adamları sarıkökün qocalığı ləngitmə xüusiyyətlərini sınaqdan çıxartdılar. Bu sınaqda metabolizmanı, DNT-nin bərpasını və antioksidant sistemlərini nizamlayan genlərin  insanların ömür müddətini müəyyən etdiyi qənaətinə gəldilər. Xroniki iltihablanmalar  proteinlərin, hüceyrələrin və orqanların iş prinsipinin pozulmasına səbəb olur.  Yaşla əlaqədar ortaya çıxan problemlərin aradan qaldırılması ilə xroniki iltihablanmanın da qarşısını almaq olar. 1 çay qaşığı sarıkökü  1 çay qaşığı süd və 1 çay qaşığı balla qarışdırın.  Qarışımı qaynadın, buxarını 15 dəq üzünüzə və boynunuza tətbiq edin. 1 ay müddətində günaşırı proseduru təkrarlayın. Sonra 2 ay fasilə verin, yenidən başlayın. 
    1. Arıqlamağa kömək edir.  Artıq çəkidən xilas olmaq üçün asan, qənaətcil və təbii üsul...  “Qidalanmanın biokimyası” dərgisi ( Journal of Nutrition Biochemistry)  2015-ci ildə Cənubi Koreyada aparılan bir araşdırmanın nəticələrini dərc edib. Araşdırmada məlum olub ki, kurkumin yağ hüceyrələrində maraqlı bir prosesin baş tutmasına vəsilə olur. Belə ki, o, arzuolunmaz ağ yağ hüceyrələrini qəyhvəyi yağlara çevirir.  İstədiyiniz çəkiyə düşmək üçün 1 stəkan südün içərisinə yarım çay qaşığı sarıkök tökün,  gündə 2 dəfə-səhər və axşam için. Bu qarışım metabolizmanızı sürətləndirməklə bərabər, iştahınızı da azaldacaq.

Bahadur Seyidov / Demedia.az