Britaniyanın silah ixracı rekord həddə çatdı



 14:54 22.05.2023     300

Böyük Britaniyanın silah ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən iki dəfə artaraq rekord həddə - 8,5 milyard funt-sterlinqə çatıb.

Demedia.az xəbər verir ki, silah ticarətinə qarşı çıxan Böyük Britaniyada yerləşən Silah Ticarətinə Qarşı Kampaniya təşkilatının təhlilinə əsasən, Britaniyanın silah ixracı iki illik azalmadan sonra 2022-ci ildə artıb. Açıqlamada deyilir ki, bu rəqəm müvafiq sahə üzrə məlumatların yayımlanmağa başladığı 2000-ci illərin əvvəlindən bəri görülən ən yüksək səviyyədir.

Böyük Britaniyanın ən çox silah ixrac etdiyi ölkə 2,7 milyard funt-sterlinqlə Qətər olub. Qətərdən sonra 1,1 milyard funt-sterlinqlə Səudiyyə Ərəbistanı və 860 milyon funt-sterlinqlə ABŞ yerləşib. Böyük Britaniyanın ötən il Türkiyəyə silah ixracı 424 milyon funt-sterlinq, Ukraynaya isə 401 milyon funt-sterlinq təşkil edib.

Bahadur Seyidov