ABŞ və Papua Yeni Qvineya arasında əməkdaşlıq müqaviləsi imzalanır



 15:14 22.05.2023     317

ABŞ və Papua Yeni Qvineya arasında müdafiə sahəsinə dair əməkdaşlıq müqaviləsi imzalanacaq.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. Müqavilə ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ-Sakit Okean Zirvəsi çərçivəsində Papua Yeni Qvineyanın paytaxtı Port Moresbiyə səfəri zamanı imzalanacaq. Müqavilə ilə ABŞ Papua Yeni Qvineyada hərbi obyektlərə çıxış imkanlarını genişləndirməyi və Sakit okeanın cənubunda təhlükəsizlik əlaqələrini gücləndirməyi hədəfləyir.

Papua Yeni Qvineya hökumətinin açıqlamasına görə, razılaşma qlobal təhlükəsizliklə bağlı narahatlıqların artdığı dövrdə milli müdafiə infrastrukturunun və potensialının inkişaf etdirilməsi üçün bir fürsətdir. Ekspertlər müqavilənin Çinə qarşı olduğunu irəli sürür.

Bahadur Seyidov