Qvatemalada 417 Qədim Maya şəhəri kəşf edildi



 15:44 22.05.2023     331

Qvatemalada elm adamları sıx meşəlik ərazidə b.e.ə. əvvəl 1000-ci ilə aid 417 Qədim Maya şəhərini kəşf edib.

Demedia.az xəbər verir ki, tarixi kəşfi ABŞ və Qvatemalanın birgə tədqiqatçıları edib. Onlar “Washington Post” qəzetinə müsahibədə bildiriblər ki, şəhərlər təxminən 3000 il əvvələ aid 177 kilometr uzunluğundakı tarixi “magistral”la birləşir. Bu kəşf ilə tarixçilər qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən nəzərdən keçirəcəklər. Bildirilir ki, yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların əvvəllər düşünüldüyündən daha yaxşı inkişaf etdiyini göstərir.

Minlərlə ildir sıx meşə örtüyü altında gizlənən strukturlar qabaqcıl radar texnologiyası ilə xəritələnib. Araşdırmaya görə, bu texnologiya alimlərə qədim bəndləri, su anbarlarını, piramidaları, platformaları, yol şəbəkələrini və hətta top meydançalarını görməyə imkan verib.

Bahadur Seyidov