Çindən Yaponiyaya etiraz



 16:14 22.05.2023     286

Yaponiyanın Pekindəki səfiri Tarumi Hideo Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.

Demedia.az xəbər verir ki, məlumata görə, Çinin xarici işlər nazirinin müavini Sun Veydong səfirə Xirosimada keçirilən G7 Zirvə toplantısında ölkəsi ilə bağlı səsləndirilən açıqlamalara etiraz edib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Sun səfirə ölkəsinin dərin narahatlığını və etirazını çatdırıb, sammitdə Çinə qarşı böhtan və təhqiredici ifadələrin səsləndirilməsinə etiraz edib. Sammitdəki bəyanatların Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər verdiyini ifadə edən Sun, Tokio rəhbərliyinin ev sahibi olaraq bu bəyanatların səsləndirilməsinə şərait yaratdığını irəli sürüb.

Qeyd edək ki, sammitdə Tayvan, Tibet və digər məsələlər barədə fikirlər irəli sürülüb.

Bahadur Seyidov