Çindən ABŞ-a sanksiya



 16:45 22.05.2023     296

Çin ABŞ-ın nəhəng çip istehsalçısı “Micron Technology” tərəfindən istehsal edilən məhsulların vacib layihələrdə istifadəsini qadağa edib.

Demedia.az xəbər verir ki, Çin ABŞ şirkətinin istehsal etdiyi məhsulların ölkə üçün təhlükəli olduğunu irəli sürüb. Məlumata görə, bununla da firmanın çiplərinin dünyanın ikinci ən böyük iqtisadiyyatında və iri infrastruktur layihələrində istifadəsi qadağan edilib. Bildirilir ki, Pekin və Vaşinqton arasında gərginliyin artdığı vaxtda bu addım Çinin ABŞ-ın çip istehsalçısına qarşı ilk böyük addımıdır.

““Micron” məhsullarının Çinin kritik informasiya infrastrukturunun təchizat zəncirinə və Çinin milli təhlükəsizliyinə əhəmiyyətli təhlükəsizlik riskləri yaratdığını göstərdi" - Çin Kiberməkan Administrasiyasının bəyanatında deyilir

Bahadur Seyidov