Səudiyyə Ərəbistanı kosmik gəmini uğurla kosmosa buraxdı



 17:10 22.05.2023     316

Səudiyyə Ərəbistanı astronavtların da içində olduğu “AX-2” kosmik gəmisini uğurla kosmosa buraxıb.

Demedia.az xəbər verir ki, Əli Karni və Rayyane Bernavinin olduğu kosmik gəmi uğurlu uçuşdan sonra Beynəlxalq Kosmik Stansiya istiqamətində hərəkət edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kosmik Agentliyi ötən il kosmos proqramının işə salındığını açıqlamışdı. Məqsəd kosmos sənayesi sektorundan faydalanmaq və bu sahədə araşdırmalara töhfə verməkdir. Həmçinin Səudiyyə Ərəbistanı ABŞ-la komos sahəsinə üzrə əməkdaşlığı davam etdirir.

Bu məqsədlə astronavtlar Meryem Firdevs və Əli əl-Qəmdi kosmosun tədqiqi ilə bağlı təhsil almaq üçün ABŞ-a göndərilir.

Bahadur Seyidov