ABŞ Ukraynaya yeni hərbi yardım paketi verir



 17:42 22.05.2023     311

ABŞ Ukraynaya yeni hərbi yardım paketi verəcək.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken açıqlama verib. O bildirib ki, ABŞ Prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyada görüşüblər. Görüş zamanı Bayden Rusiyanın təcavüzünə qarşı ukraynalı tərəfdaşlarını dəstəkləməyə davam edəcəyini bir daha təsdiqləyib. Baydendən aldığı icazə əsasında Ukrayna üçün yeni silah və hərbi texnika paketini təsdiqlədiyini açıqlayan Blinken bəyan edib ki, müharibə davam edənə qədər ABŞ və müttəfiqləri Ukraynaya dəstək verəcək. Məlumata görə, yardım paketində Artilleriya Raket Sistemi (HIMARS) üçün əlavə döyüş sursatları, artilleriya sursatları, tank əleyhinə silahlar və digər avadanlıqlar var.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Yaponiyada keçirilən G7 Sammitində Vladimir Zelenski ilə görüşüb.

Bahadur Seyidov