UFO gören savaş pilotlarının beynini inceledi! - Yadplanetlilər dünyada...



 20:02 22.05.2023     607

Mümkün yerdən kənar həyat və UFO-ların varlığına sübut ola biləcək şəkillər və sənədlərlə bağlı müzakirələr davam edir.

İndiyədək yerdən kənar həyatın mövcudluğu rəsmi şəkildə sübuta yetirilməsə də, elm adamları da daxil olmaqla, bir çox insan yerdən kənar həyatın mövcudluğuna inanır.

Hətta bəziləri iddia edir ki, bu canlılar keçmişdən bu günə dəfələrlə dünyanı gəziblər və indi də yer üzündədirlər. Bu adlardan biri də ABŞ-ın Stenford Universitetinin Patologiya professoru Garri Nolandır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) tələbi ilə daha əvvəl UFO-larla qarşılaşdıqlarını iddia edən döyüş pilotlarının beyinlərini tədqiq etdiyini izah edən Nolan deyib: “Yerdən kənar planetlərin Yer planetini ziyarət etdiyinə və hələ də burada olduğuna yüzdə 100 əminəm". 

Bu yaxınlarda bir konfransda çıxış edən professor Qarri Nolan aparıcının “Yerdən kənar kəşfiyyatın Yer planetini ziyarət etdiyinə inanırsınızmı?” sualına “Düşünürəm ki, biz bir addım da irəli gedə bilərik. Hələ ziyarət etməyiblər, çoxdandır buradadırlar” cavabını verib. 

ABŞ-da 2022-ci ildə qəbul edilmiş Milli Müdafiə İcazəsi Aktının 30 səhifəsinin “naməlum hava hadisələri ofisi”nin yaradılmasına həsr edildiyini xatırladan Nolan qeyde dib: “Yeni yaradılan bölmədə 25 nəfər çalışır və bu insanlar məlumat toplamaqla məşğuldurlar. ABŞ Müdafiə Nazirliyinin bütün idarələri və kəşfiyyat idarələri. Birləşdirilmiş məlumatlar komanda tərəfindən tərtib edilir, müqayisə edilir və hesabat verilir".

Aysun / Demedia.az