Keniya Somali ilə sərhəddə 14 hərbi baza inşa etdi



 17:21 22.05.2023     299

Keniya təhlükəsizlik problemlərinin olduğu Somali ilə sərhəddə 14 hərbi baza inşa edib.

Demedia.az xəbər verir ki, bu barədə Keniyanın müdafiə naziri Aden Duale deyib. O mətbuata açıqlamasında bildirib ki, “Əş-Şəbab terror təşkilatı ilə mübarizə çərçivəsində Somali sərhədində təhlükəsizlik tədbirləri artırılıb. Duale bildirib ki, ölkəsinin Somali ilə sərhədində təhlükəsizliyi artırmaq üçün 14 hərbi əməliyyat bazası tikilib.

Qeyd edək ki, Somalidəki hücumları ilə gündəmə gələn “Əş-Şəbab” təşkilatı Keniyada da çox sayda insanın ölümünə səbəb olan hücumlar təşkil edir. 2012-ci ildən bəri 3500-ə yaxın Keniya əsgəri terror təşkilatı “Əş-Şəbab”la mübarizəyə dəstək vermək üçün Somalidə xidmət edir.

Bahadur Seyidov