3 yaşlı uşaq 4-cü mərtəbədən avtomobilin üstünə düşdü - VİDEO



 20:33 22.05.2023     600

Türkiyədə dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, 3 yaşlı uşaq 4-cü mərtəbədən avtomobilin üstünə düşüb.

Zeytinburnuda 3 yaşlı uşaq 4-cü mərtəbədəki mənzilin pəncərəsindən dayanmış avtomobilin üzərinə yıxılıb. Kaputun üzərinə düşən uşağın vəziyyətinin yaxşı olduğu öyrənilərkən, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Hadisə ötən gün saat 15.00 radələrində Zeytinburnu Vəli Əfəndi Məhəlləsində baş verib. 3 yaşlı Asel G. 7 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilin açıq pəncərəsindən bayıra çıxıb. Pəncərədən yıxılan uşaq aşağı mərtəbələrdə paltar iplərinə ilişərək dayanan Velat Yamana məxsus avtomobilin üzərinə düşüb.

Kapotun üzərinə düşən oğlan daha sonra yola yuvarlanıb. Uşağın yıxıldığını görən məhəllə sakinləri ilkin tibbi yardım göstərdikdən sonra vəziyyəti polisə və sağlamlıq qruplarına xəbər verib. Həkim qrupları tərəfindən xəstəxanaya aparılan uşağın vəziyyətinin yaxşı olduğu öyrənilib.

Aysun / Demedia.az