Zəlzələdə ölü kimi qeydə alındı: Sağ olduğunu sübut etməyə çalışır



 21:00 22.05.2023     569

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Osmaniyedə ölü olaraq qeyd edilən Halil Yılmaz (48) sağ olduğunu sübut etməyə çalışır.

Demedia.az xəbər verir ki, Toprakkale rayonunda alverçiliklə dolanışığını təmin edən 4 uşaq atası Halil Yılmazın zəlzələdən sonra öldüyü qeyd edilib.

Yılmaz “Elektron Hökumət” hesabına daxil olmaq istəyəndə həqiqəti öyrənib.

Hesabına girə bilməyən Yılmaz İlçe Əhali Müdirliyinə gedərkən qeydlərdə ölü göründüyünü öyrənib. Araşdırmada Qaziantepin Nurdağı rayonunda baş verən zəlzələdə eyni adlı 10 nəfərin öldüyünü öyrənən Yılmaz, 12 apreldə Əhali Müdirliyinə və Osmaniye Respublika Prokurorluğuna səhvini düzəltmək üçün müraciət edib.

Bu müddət ərzində Yılmazın həyat yoldaşının bank hesabına 100 min lirə nağd 'ölüm' yardımı edilib. Seçkilərdə səs verə bilməyən, dərman ala bilməyən, yaşadığı şikayətlərə görə sığortasını ödəyə bilməyən Yılmaz indi sağ olduğunu sübut etməyə çalışır.

Aysun / Demedia.az