Dəhşətli QƏZA: Sürücü son anda ölümdən döndü



 22:36 22.05.2023     517

Türkiyənin Samsun bölgəsində dəhşətli qəza baş verib.

Demedia.az xəbər verir ki, avtomobilin yük maşınının qarşısında pərvanə kimi dönərək orta refüje çıxması kameralara əks olunub.

Qəza Canik rayonunda, Atatürk Bulvarında baş verib.

Əldə edilən məlumata görə, 44 AY 205 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolun sağ zolağı ilə hərəkətdə olarkən hərəkət zolağı dəyişmək istəyib. 19 AED 591 nömrəli TIR hərəkət zolağına keçərkən sol zolaqda olan TIR-ı fərq etməyən sürücü ölümdən dönüb. Yük maşını ilə toqquşan avtomobil yolda bir dövrə vurduqdan sonra medianı vuraraq dayanıb. Həmin anlar tire kamera ilə anbaan qeydə alınıb.

Aysun / Demedia.az