FİFA-dan Ukrayna və Rusiyada çıxış edən əcnəbi futbolçularla bağlı qərar



 09:58 23.05.2023     346

Ukrayna və Rusiyada çıxış edən əcnəbi futbolçu və məşqçilərə verilən müqavilələri dayandırmaq hüququ 30 iyun 2024-cü ilə qədər uzadılıb.

Demedia.az xəbər verir ki, bu barədə FİFA açıqlama verib. FİFA-nın saytındakı açıqlamada Ukraynadakı müharibədən zərər çəkmiş əcnəbi futbolçuların müqavilələri ilə bağlı qərarın uzadıldığı bildirilib.

“Ukraynadakı müharibə səbəbilə yaranan vəziyyətlə bağlı FİFA, UEFA, Avropa Klublar Assosiasiyası və Dünya Liqaları Forumu arasında aparılan danışıqlardan sonra yekdilliklə futbolçuların və məşqçilərin müqavilələrinin birtərəfli qaydada dayandırılması hüququnun 2024-cü il iyunun 30-dək uzadılması qərara alınıb” - məlumatda deyilir.

Bahadur Seyidov