İngiltərə Futbol Federasiyası "Mançester Siti" "Çelsi" oyunu ilə bağlı araşdırma aparır



 10:14 23.05.2023     379

İngiltərə Futbol Federasiyasının "Mançester Siti"nin "Çelsi" ilə oyunundan sonra meydana daxil olan azarkeşlərlə bağlı araşdırma apardığı bildirilib.

Demedia.az xəbər verir ki, Premyer Liqada bu mövsüm son ev oyununda “Mançester Siti” “Çelsi”ni qəbul edib. Julian Alvarezin qolu ilə rəqibini 1:0 hesabı ilə məğlub edən Pep Qvardiolanın komandası meydanı qələbə ilə tərk edib. Bununla da, “Mançester Siti” liqada ardıcıl 12-ci qələbəsini qazanıb və məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb. Oyundan sonra azarkeşlər meydana daxil olaraq klublarının çempionluğunu qeyd ediblər.

Qeyd edək ki, “Mançester Siti" "Çelsi" ilə oyuna qədər çempionluğunu təmin etmişdi.

Bahadur Seyidov